Abel Məhərrəmovun vəfat edən kürəkəninin yerinə təyinat

  • 17 Okt - 2019

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində yeni təyinat olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nazim Ağababayev Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, buna qədər həmin vəzifədə Azər Sadıqov çalışıb. A.Sadıqov bu ilin avqustunda Türkiyədə vəfat edib.

Xatırladaq ki, A.Sadıqov BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkənidir.


Oxunma sayı: 562

Oxşar yazılar