Müdafiə Naziri Çinə səfər edəcək

  • 17:45 - 17 Oktyabr

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır.


Oxunma sayı: 2916

Oxşar yazılar