YPG/PKK-nın regiondakı ən böyük silah anbarı ələ keçirildi – FOTO

  • 16:59 - 17 Oktyabr

Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatı nəticəsində terror təşkilatının regiondakı ən böyük silah anbarı aşkar edilib, xeyli sayda sursat götürülüb.

Avropa.info xəbər verir ki, silah anbarı Rasulayn şəhərinin cənubunda M4 yolu üzərində aşkarlanıb. Anbarda 100-dən çox uzun mənzilli raket, antitank raketləri, DŞK mərmiləri, sandıqlar içindən minlərlə təyyarə əleyhinə raket və 300 ədəd minaaxtaran cihaz ələ keçirilib. 

Qeyd edək ki, 9 oktyabrda başlayan əməliyyat nəticəsində bu günədək iki rayon mərkəzi, bir mahal və onlarla kənd YPG/PKK-dan azad edilib.


Oxunma sayı: 14180

Oxşar yazılar