"Siz ABŞ ordusunun Kentukkidəki poliqon atışlarını "Türkiyə regionda qətliam törədir" kimi yayımlayan telekanalsınız" - Tramp ABŞ telekanalını rəzil etdi

  • 16:50 - 17 Oktyabr

Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı  əməliyyata başlaması ABŞ-da bir nömrəli gündəmə çevirilib.

Avropa.info xəbər verir ki, jurnalistlər hər fürsətdə ABŞ prezidenti Donald Trampa "Barış Pınarı" əməliyyatı ilə bağlı sual verir. 

Tramp, dünən Türkiyənin "Barış Pınarı" əməliyyatı haqda sual verən ABC News telekanalının müxbirini rəzil edib.

"Türkiyənin sərhəddə böyük bir ordusu var. Mən Ərdoğana əməliyyat məsələsində yaşıl işıq yandırmadım. Baxmayaraq ki, siz ABŞ ordusunun Kentukkidəki poliqon atışlarını "Türkiyə regionda qətliam törədir" kimi yayımlayan televiziya kanalızınız" -deyə Tramp ABC News telekanalının qara piarını ortaya çıxarıb.

Avropa.info


Oxunma sayı: 12013

Oxşar yazılar