Müdafiə naziri həmsədrlərlə Qarabağı müzakirə etdi

  • 16:30 - 17 Oktyabr

Oktyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.


Oxunma sayı: 3917

Oxşar yazılar