Yanan avtomobili polis söndürdü – Video

  • 16:26 - 17 Oktyabr

Oktyabrın 16-da səhər saatlarında Daşkəsən rayon ərazisində E. Zeynalovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobilin mühərrik hissəsində anidən yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, sürücü dərhal hərəkəti dayandırıb.

Hadisə yerində xidmət aparan Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yolisi Polis bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar.

Sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.


PF38f9JeSZY

Oxunma sayı: 7151

Oxşar yazılar