"Belə makiyaja can qurban!" – Türkiyəli köşə yazarı Bakı təəssüratını yazdı

  • 15:57 - 17 Oktyabr

Türkiyədə nəşr olunan "Hurriyyət" qəzetinin köşə yazarı Əhməd Hakanın bugünkü yazısında Bakı təəssüratını yazıb.

Avropa.info xəbər verir ki, Əhməd Hakan oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edən jurnalistlərlə birlikdə ölkəmizə gəlib.

Əhməd Hakanın həmin yazısını təqdim edirik:

"Kiçik hesab edərək getmişdim, kiçik hesab edərək getdiyim üçün dəhşətli şəkildə utanaraq geri döndüm.

“Qafqazın Parisi" deyəcəyəm, amma Parisə iltifat olar deyə, əndişə edirəm.

Bizim Nişantaşı var ha... Onu 40-a vurun... Bakıda, bax, elə bir Nişantaşı var.

“Küləklər şəhəri" deyirlərmiş Bakıya... Vallah, haqq edir.

Hər şey necə də yeni idi və hər şey necə də qədimə hörmətli idi... Pes doğrusu!

Simitə "gəvrək" demirlər, amma çayı mürəbbə ilə içirlər Bakıda... Elə mənimsədim ki, mən də artıq çayı mürəbbəylə içirəm.

Samovar var e, samovar... Bax, onun ana vətəni Bakı imiş.

Bir-birindən gözəl və valehedici binalar üçün "Hamısı makiyaj, hamısı geydirmədir", filan dedilər. Belə makiyaja can qurban!


Oxunma sayı: 3510

Oxşar yazılar