Azərbaycanda bu universitetdə maaşlar artırıldı

  • 15:34 - 17 Oktyabr

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərinin əmək haqları orta hesabla 25 faiz, işçilərin maaşı isə 20 faiz artırılıb.

Universitetdən Avropa.info-ya verilən məlumata görə, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.

Məlumat üçün qeyd edək ki, AzMİU-da əməkhaqlarının artırılması dövlət sifarişi əsasında oxuyan tələbələrin təhsil xərclərinin miqdarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılması ilə bağlıdır.

Ölkə prezidentinin apardığı sosial islahatların tərkib hissəsi kimi bu addım da təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına hesablanıb.

Eyni zamanda, bu qərar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə, bütövlükdə təhsil müəssisələrinin inkişafına müsbət təsir edəcək.


Oxunma sayı: 3917

Oxşar yazılar