“Barış Pınarı” əməliyyatı: 40-dan çox terrorçu türk ordusuna təslim oldu, 600-ə yaxın qaçdı

  • 15:34 - 17 Oktyabr

“Barış Pınarı” əməliyyatında zərərsizləşdirilən YPG/PKK üzvü terrorçuların sayı 673 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, TSQ artilleriya dəstək vasitələri ilə Rasulayndakı hədəfləri vurur. Sərhəddən vurulan yerlərdə qara tüstünün qalxması müşahidə olunur. Rasulayn şəhərinin ətraf bölgələrində terrorçularla şiddətli döyüşlər davam edir. YPG/PKK üzvlərinin bir-birinə yaxın binalarda gizlənərək atəş açdığı bildirilir. Regionda binaları bir-birinə bağlayan 100 km uzunluğunda 300-ə yaxın tunelin olduğu qeyd olunur.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, indiyədək 40-dan çox terrorçu türk ordusuna təslim olub. Rəsmi məlumatda Rəqqa və Tabqa bölgələrində YPG/PKK-nın zorla səfərbər etdiyi 600-ə yaxın terrorçunun fərarilik etdiyi bildirilir.


Oxunma sayı: 7635

Oxşar yazılar