Ermənistanda yaşayış binası sürüşdü – Dağıntılar altında qalanlar var

  • 15:22 - 17 Oktyabr

Ermənistanın Qafan rayonunda sürüşmə baş verib.

Avropa.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, sürüşmə nəticəsində ikimərtəbəli yaşayış binası uçub, dağıntılar altında qalanlar var.

Qeyd olunur ki, hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Lazım olan texnika həm də rayon meriyası tərəfindən təmin edilib


Oxunma sayı: 4280

Oxşar yazılar