Ermənilər ekoloji terror törətdilər: Azərbaycana axan çay rəngini dəyişdi

  • 14:57 - 17 Oktyabr

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Zəngəzur mis-molobden kombinatının zəhərli tullantıları Araz çayının qolu sayılan Oxçuçayını çirkəndirib. Zəngilan rayonu və Mincivan qəsəbəsindən keçən çay axıdılan tullantılara görə rəngini tamamilə dəyişib.

Ermənistan Fövqəladə Hallar Nazirliyi Nerkin Qiratax kəndi yaxınlığında zəhərli tullantıların Oxçuçaya qarışdığını və buna görə çayda ciddi çirklənmə olduğunu açıqlayıb. Araşdırmalara əsasən, cinayət işinin açılması gözlənilir.  


Oxunma sayı: 4621

Oxşar yazılar