“Bu məsələ Soçi danışıqlarında çox vacib gündəm mövzusu olacaq” – Peskov Putin-Ərdoğan görüşü barədə

  • 14:47 - 17 Oktyabr

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla gələn həftə Soçidə Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edəcək.

Avropa.info xəbər verir ki, b sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“BMT-də humanitar vəziyyət və qonşu ölkələrə qaçqın axını ilə bağlı ciddi narahatlıqlar səsləndirilib” – Peskov “Barış Pınarı” əməliyyatını şərh edərkən belə deyib.

O, Putinin bir neçə gün əvvəl Ərdoğanla telefon söhbəti zamanı bu narahatlığını çatdırdığını bildirib. 

“Mövqeyimiz hər kəsə məlumdur, heç bir dəyişiklik yoxdur. Lakin buna baxmayaraq, əməliyyat aparıldığı üçün Suriyanın şimal-şərqində vəziyyət gərgindir. Əlbəttə, bu məsələ gələn çərşənbə axşamı prezidentlər Putin və Ərdoğanın Soçidə keçiriləcək danışıqlarında çox vacib gündəm mövzusu olacaq” – Peskov deyib.

Onun sözlərinə görə, prezidentlər hər şey edirlər ki, gündəmdəki məsələlərə dair Rusiya-Türkiyə arasındakı ikitərəfli münasibətləri uzlaşdırsınlar. 


Oxunma sayı: 4137

Oxşar yazılar