2020-ci ildən Azərbaycanda müəllimlərin sertifikasiyasına başlanacaq

  • 17 Okt - 2019

"2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir bildirib ki, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi müddəası nəzərdə tutulub: "Sertifikasiya prosesinə başlanması üçün həmin müddəalara uyğun hökumət tərəfindən normativ sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsi, qiymətləndirilməsi və bir sıra məsələlər üzərində sənəd təsdiq edilməlidir. Bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".


Oxunma sayı: 441

Oxşar yazılar