Ərdoğan Trampın rəzil məktubunu cırıb, zibil qutusuna atdı... - "Məktuba cavab 9 oktyabrda başlayan “Barış Pınarı” əməliyyatıdır”

  • 12:44 - 17 Oktyabr

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Ərdoğana göndərdiyi məktuba Türkiyə Prezident Aparatındakı mənbədən cavab gəlib.

Avropa.info xəbər verir ki, mənbənin verdiyi açıqlamada “9 oktyabrda yazılan bu məktub prezident Ərdoğan tərəfindən rədd edilərək zibil qutusuna atıldı. Bu məktuba verilmiş ən dəqiq cavab 9 oktyabrda başlayan “Barış Pınarı” əməliyyatıdır” deyilir.

“Yüksəkvəzifəli dövlət rəsmisi ilə görüşdüm” deyən “Hürriyyət” qəzetinin jurnalisti Əhməd Hakan Trampın məktubu ilə bağlı detalları “Twitter” səhifəsində açıqlayıb:

“Məktub məsələsi ilə bağlı yüksəkvəzifəli dövlət nümayəndəsi ilə görüşdüm. Didiklərini eynən çatdırıram...

Məktub 9 oktyabrda yazıldı. Ərdoğan tərəfindən vasitəçilik təklifi rədd edilərək zibil qutusuna atıldı. 

Bu məktuba verilmiş ən dəqiq cavab 9 oktyabrda saat 16:00-da verilmiş cavabdır. Bu cavab “Barış Pınarı” əməliyyatıdır.

Tramp bu tərzdə (terrorçularla vasitəçilik etmək təklifi kimi addımlarla) Ərdoğana bir şey qəbul etdirə bilməyəcəyini başa düşmüş olmalıdır. Tramp bu gün artıq “PKK İŞİD-dən daha pisdir” deyəcək nöqtəyə gəlib.

Ərdoğan mövqeyini dəyişdirmədən digər aktyorları öz mövqeyinə yaxınlaşdırmağa davam edir. Bütün bunları nəzərə alaraq, Pensin də Ərdoğana YPG ilə danışıqlar aparmaq təklif etməsi gözlənilə bilməz.

Təklif etsə də, Ərdoğan bunu da qətiyyətli ritorika ilə rədd edib, Pensi əli boş göndərir. Bu ABŞ-ın işinə yarayacaq vəziyyət olmayacaq. ABŞ bunun fərqindədir.

Bundan əlavə məktuba lazımi cavab artıqlaması ilə verilib.

Açıq və qəti demək lazımdırsa, Ərdoğanın qətiyyətli mövqeyi ölkəsinin və region xalqlarının maraqlarını qorumaq məsələsində olduqca uğurlu siyasət aparır. 

Az əvvəl görüşdüyün yüksəkvəzifəli dövlət nümayəndəsinin “məktub hadisəsi” ilə verdiyi açıqlama belədir...”


Oxunma sayı: 11573

Oxşar yazılar