Hazırlıq qruplarında təhsil alan oğlanlara əsgərlikdən möhlət veriləcək? - Nazirdən cavab

  • 12:31 - 17 Oktyabr

"Ali təhsil müəssisələrində hazırlıq qruplarının təşkili üçün heç bir məhdudiyyət yoxdur".

Modern.az xəbər verir ki, bunu jurnalistlərin syalını cavablandırarkən Ceyhun Bayramov söyləyib.

 O qeyd edib ki, bu məsələdə maraqlı tələbələr universitetlərə müraciət etməlidirlər:

"Hazırlıq qruplarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur. Onlar yalnız bakalavr və ya magistraturaya qəbul olarsa möhlət hüququ qazanırlar. 

Nazir əlavə edib ki, hazırlıq qrupları ilə bağlı təhsil haqqı dövlət tərəfindən həyata keçirilmir:

"Ödənişli əsasla həyata keçirildiyinə görə bu məbləğ universitet tərəfindən müəyyən olunur". 


Oxunma sayı: 2905

Oxşar yazılar