Bakıda yol polisini maşın vurdu

  • 11:43 - 17 Oktyabr

Bakıda yol polisini minik avtomobilinin vurması ilə bağlı araşdırmalara başlanıb.

Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

İdarədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yol polisinin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir.

Xatırladaq ki, hadisə oktyabrın 16-da Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.


Oxunma sayı: 4016

Oxşar yazılar