"PKK terror və terror təhdidi baxımından İŞİD-dən daha pisdir" - Tramp PKK-nı pislədi, Türkiyəni də sanksiyalarla hədələdi

  • 00:20 - 17 Oktyabr

"Bir çox baxımdan PKK, terror və terror təhdidi baxımından İŞİD-dən daha pisdir." 
 

Avropa.info xəbər verir ki, belə bir etirafedici bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.  Tramp, Türkiyənin PKK/YPG-yə qarşı başlatdığı "Barış Pınarı" əməliyyatından təccüblənmədiyini deyib.

"Prezident Ərdoğanın qərarı məni təəccübləndirmədi. Uzun müddətdir bunu etmək istəyirdi, uzun müddətdir ki, Suriya sərhədinə əsgər yığırdı. Biz Suriyanın şimalından əsgərlərimizi çəkdik. Türkiyə onlarla )PKK/YPG-ni nəzərdə tutur:red) uzun müddətdir vuruşur. Suriya sərhədində də vuruşur. Bura Suriya sərhədidir. Mən də niyə dostumuz olmayan bir ölkənin, Suriyanın torpaqlarını qoruduğumuzu soruşuram. Bir çox baxımdan PKK, terror və terror təhdidi baxımından İŞİD-dən daha pisdir.

ABŞ Türkiyəyə əməliyyat keçirmək üçün "yaşıl işıq" yandırmadı. Bizim xarici işlər nazirinin Ərdoğanla görüşü uğurlu keçməsə Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyik" - Tramp belə deyib.

Avropa.info


Oxunma sayı: 8042

Oxşar yazılar