Hulusi Akar futbolçulara belə dəstək oldu - Foto

  • 22:22 - 16 Oktyabr

AKP-nin Türkiyə Böyük Millət Məclisi toplantısına qatılan Milli Müdafiə naziri Hulusi Akar iclas salonuna əsgər salamı verərək daxil olub.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, onun bu addımı zalda, eləcə də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Türkiyə mediası nazirin bu addımını türk futbolçulara dəstək kimi qiymətləndirib. Belə ki, Türkiyə futbolçuları Avro-2020-nin seçmə mərhələsində Fransa ilə matçda hərbi salam verdikləri üçün UEFA tərəfindən məsələ ilə bağlı araşdırma başladılıb.


Oxunma sayı: 4346

Oxşar yazılar