Misirdə iyirmidən çox möhürləmiş sarkofaq aşkarlanıb

  • 19:45 - 16 Oktyabr

Arxeoloqlar Misirin Luksor şəhərindən cənubda 20-dən çox möhürləmiş taxta sarkofaq aşkarlayıblar.

Bu barədə Misirin Qədim Tarixi üzrə Nazirliyi məlumat yayıb.
Sarkofaqlar Asasif nekropolunda aparılan qazıntılar zamanı tapılıb. Onlar yaxşı qaldığından üzərindəki rəngarəng şəkillər və yazılar aydın görünür. Qədimdə həmin yerdə Qərbi Fiva fironlarının paytaxtı yerləşirdi. Tədqiqatçılar bu ərazilərdə çox sayda sərdabə və digər qədim abidələri üzə çıxarıblar.


Oxunma sayı: 3521

Oxşar yazılar