İsmayıllı gənclərindən möhtəşəm yürüş

  • 19:28 - 16 Oktyabr

İsmayıllıda Gənclər və İdman Nazirliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə rayon gənclərinin möhtəşəm yürüşü keçirilib.

“Milli müstəqilliyə aparan şərəfli yol”, “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizləri ilə keçirilən yürüş başlanğıcını Mübariz Orucov küçəsi ilə Nizami Gəncəvi küçəsinin qovuşuğunda ucaldılan “Ana harayı” soyqırımı abidəsinin qarşısından götürüb. Tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov gənclər qarşısında müstəqilliyimizin ilk illərindən, onun möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.
İki min nəfərdən çox gənc Heydər Əliyev prospekti ilə Ümummilli Liderin abidəsinin ucaldıldığı mərkəzi meydana gəlib. Xor kollektivi tərəfindən Dövlət Himni oxunub, fləşmob nümayiş etdirilib. Gənc tarix müəllimi Ülvi Şamilov ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi yolundakı fədakarlığından ətraflı danışıb.
Yürüş müstəqilliyimiz naminə canlarından keçən şəhid soydaşlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.

 


Oxunma sayı: 4698

Oxşar yazılar