“Ərəb xətt növləri: Siyaqət xətti” mövzusunda təlim – Foto

  • 18:00 - 16 Oktyabr

Bakı Avrasiya Universitetinin nəzdində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzində “Ərəb xətt növləri: Siyaqət xətti” mövzusunda təlim keçirilib.

Avropa.info xəbər verir ki, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının apardığı təlimdə əsas ərəb xətt növlərindən danışılıb.

Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

Xatırladaq ki, Ərəbşünaslıq Mərkəzi Bakı Avrasiya Universiteti ilə Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı çərçivəsində yaradılıb. Mərkəzin təsis edilməsi ilə bağlı müqavilə 2019-cu ilin fevralında imzalanıb.

 

 

 

 

 


Oxunma sayı: 4170

Oxşar yazılar