Macarıstandan Türkiyənin “Barış Planı” əməliyyatına dəstək

  • 17:38 - 16 Oktyabr

Macarıstan hakimiyyəti hazırda türk hərbçilərinin “Barış Planı” əməliyyatı apardığı Suriyanın şimal-şərqində qaçqınların yerləşdirilməsi ilə bağlı Türkiyənin planını bəyənir. 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Macarıstan xarici işlər naziri Peter Siyarto Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakıda keçirdiyi görüşdən sonra çıxış edib.

“Macarıstanın milli maraqları bizə yüz minlərlə, hətta milyonlarla qaçqının ölkənin cənub sərhədlərində peyda olmasının qarşısını almağı diktə edir” – o, belə deyib.

XİN başçısı Ankara Suriyanın şimalında təhlükəsizlik zonası yaradacağı halda Macarıstanın Türkiyə ilə əməkdaşlıq edəcəyini əlavə edib.


Oxunma sayı: 3862

Oxşar yazılar