Naftalanda piyadanı vurub qaçan sürücü tutuldu

  • 17:32 - 16 Oktyabr

Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub.

Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Naftalan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2107" markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb.

Naftalan ŞPŞ tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 3246

Oxşar yazılar