Keçmiş icra başçısının qohumunun məhkəməsində prokuror vaxt istədi

  • 16 Okt - 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA -nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Xəyyam Balayevlə zərərçəkmiş Yalçın Abdullayev arasında olan danışığın səs yazısı dinlənilib. Səs yazısında X.Balayev Y.Abdullayevdən pul aldığını etiraf edir.

X.Balayevin vəkili isə səs yazısında müdafiə etdiyi şəxsin stress və qorxu içində olduğunu deyib. Prokuror və Yalçın Abdullayevin vəkili bu fikirlərin əsassız olduğunu bildiriblər.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Prokuror çıxış üşün vaxt istəyib.

Proses oktyabrın 25-də davam edəcək.

Xəyyam Balayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

O, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmamaqda ittiham edilir.

Xəyyam Balayev Yalçın Abdullayevdən pul aldığını təsdiqləsə də, bildirib ki, biznes məqsədilə aldığı məbləği qazancı ilə birlikdə geri qaytarıb.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.


Oxunma sayı: 408

Oxşar yazılar