Əsəd ordusu 5 ildən sonra ilk dəfə Rəqqaya daxil oldu

  • 16:08 - 16 Oktyabr

YPG/PKK-nın nəzarətində olan Rəqqa şəhərində Suriya ordusunun nəzarət postları qurulub.

Avropa.info xəbər verir ki, bu barədə RİA Novostiyə Suriyadakı yerli hərbi mənbə məlumat verib. Rejim ordusu son 5 ildə ilk dəfə Rəqqaya daxil ola bilib. Bölgədəki tam mənzərə hələ dəqiqləşdirilir.

Xatırladaq ki, 2014-cü ildə İŞİD Rəqqanı tutaraq oranı “xilafətin paytaxt”ı elan etmişdi. 2017-ci ilin oktyabrında ABŞ təyyarələrinin ağır bombardmanı və YPG üzvlərinin köməyi ilə şəhər İŞİD-dən alınmışdı. Rəqqa hazırda xarabalıqlar şəhəridir və hələ də təmir olunmayıb.


Oxunma sayı: 4632

Oxşar yazılar