“Qətliam görmək istəyən varsa, Qarabağda baş verənlərə baxsın” – Ərdoğan

  • 14:55 - 16 Oktyabr

““Qətliam görmək istəyənlər Əfqanıstana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxsın”.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib. 

Ərdoğan terrorçulara qarşı həyata keçirilən "Barış plnarı" anti-terror əməliyyatlarına işarə edərək, bu məsələdə qərarlı olduqlarını bir daha dilə gətirib. Anti-terror əməliyyatlarının mahiyyətindən danışan Ərdoğan bildirib ki, türklər tarixin heç bir dövründə dinc əhaliyə qarşı zorakılıq törətməyib.

Türkiyə lideri “Qətliam görmək istəyənlər Əfqanıstana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxsın”, deyərək dünyanın ayrı-ayrı ölkələrində müsəlmanlara və türklərə qarşı törədilən cinayətləri xatırladıb:

"Qətliam görmək istəyirsiniz, Suriyanın Hələbindən, İdlibinə, Deyrizora qədər türk əsgərinin omadığı yerlərə baxın. Qətliam görmək istəyirsiniz, Fələstinə baxın. Qətliam görmək istəyirsiniz, aynanın qarşısına keçin və utanılacaq üzünüzə baxın".


Oxunma sayı: 22474

Oxşar yazılar