PKK/YPG-PYD türk ordusu qarşısında davam gətirə bilməyəcək – Rus hərbi ekspert

  • 14:58 - 16 Oktyabr

“Barış Pınarı” əməliyyatı ilə Türkiyə qarşısına qoyduğu hədəflərə nail olacaq.

Avropa.info xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Rusiya mətbuatına müsahibə verən “Natsionalnaya oborona” jurnalının baş redaktoru Korotçenko PKK/YPG-PYD türk ordusu qarşısında davam gətirə bilməyəcəyini deyib. 

“Təcrübə və hərbi imkanlar baxımından Ankara müəyyən etdiyi hədəflərin hamısına çatacaq. PYD havadan və qurudan hücum edən, mükəmməl səviyyədə təmin olunmuş və müharibə əməliyyatları sahəsində təcrübəyə malik, modern türk ordusu qarşısında tab gətirə bilməz” – o, belə deyib.

Rus hərbi ekspert PYD-nin gecə hücumlarının uğurlu olmayacağını, Türkiyə ordusunun gecəgörmə cihazları ilə təmin olunduğunu deyib.


Oxunma sayı: 9505

Oxşar yazılar