"Yeddi dövlətlə qarşılaşsaq belə bu ümmətin şərəfini yerə düşürmərik" - Ərdoğan "Barış Pınarı"na yönəlik tənqidlərə cavab verdi

  • 14:42 - 16 Oktyabr

"Lazım olarsa, yeddi dövlət ilə də qarşılaşırıq, amma ümmətin şərəfini yerə düşürmərik."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Barış Pınarı" əməliyyatına yönəlik tənqidlərə münasibət bildirərkən deyib. Ərdoğan, Türkiyənin NATO-nun 5-ci maddəsinə əsasən əməliyyat həyata keçirdiyini xatırladıb.
 

“Əsl hədəf millətimizin və ölkəmizin təhlükəsizliyidir. NATO-nun 5-ci maddəsini həyata keçiririk. Koalisiya qüvvələrini Suriyaya kim dəvət etdiyini bilmirəm. Rejim deyil. Ancaq bilirəm ki, rejim Rusiyanı dəvət edib. Kökü sağlam olan ağacı külək yıxa bilməz. Lazım gələrsə, Lazım olarsa, yeddi dövlət ilə də qarşılaşırıq, amma ümmətin şərəfini, ləyaqətini  yerə düşürmərik. Şəhidlər təpəsi heç vaxt boş qalmasa da, həqiqət və həqiqət uğrunda mübarizəni davam etdirəcəyik. Ən böyük hesabın Allahın hesabı olduğuna inanaraq, doğru bildiyimiz yolla getməyə qərarlıyıq. Ayağa qalxıb bir yerdə olsaq, heç kim kürəyimizi yerə gətirə bilməz"- Ərdoğan belə deyib.  

Avropa.info


Oxunma sayı: 4962

Oxşar yazılar