Lavrov Ankara və Dəməşqi əməkdaşlığa çağırdı

  • 14:21 - 16 Oktyabr

Dəməşq və Ankara praktiki əməkdaşlığı yoluna qoymalıdırlar, Rusiya onların dialoqunda kömək etməyə hazırdır.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya xarici işləri naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. 

“Biz Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etməsi ilə bağlı legitim maraqlarını tanıdğımızı hər zaman demişik. Eyni zamanda Dəməşq və Ankara arasında 1998-ci ildə imzalanmış Adana müqaviləsi əsasında praktiki əməkdaşlığın təmin olunması tərəfndə çıxış edirik.

“Praktikada iki ölkənin hərbçiləri konkret əməkdaşlıq parametrlərini müəyyən etməlidir. Biz bu dialoqda kömək etməyə hazırıq” – Lavrov belə deyib.


Oxunma sayı: 3906

Oxşar yazılar