"Əvvəllər 2 dövlət 1 millət deyərdik, indi 5 dövlət 1 millət deyirik" - Ərdoğan Türk Şurasının Bakı Zirvəsi haqda

  • 13:31 - 16 Oktyabr

 "İndiyə qədər 2 dövlət bir millət deyərdik. Bu gündən sonra 5 dövlət 1 millətik."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup toplantısında çıxışı zamanı deyib. Ərdoğan Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə toplatısından danışıb.

"Dünən Türk Şurasının 7-ci toplantısı ilə əlaqədar Bakıda olduq. İkili məsələlərlə bağlı görüşlər keçirdik. İndiyə qədər 2 dövlət bir millət deyərdik. Bu gündən sonra 5 dövlət 1 millətik. Türkmənistanı da əlavə etdikdə, 6 dövlətin bir milləti  olaraq bölgədə daha güclü ola biləcəyimizi söylədik"- Ərdoğan belə deyib.

Avropa.info


Oxunma sayı: 17590

Oxşar yazılar