Almaniyada 53 yaşlı azərbaycanlı evində barrikada qurdu – Polisləri hədələdi

  • 16 Okt - 2019

Azərbaycandan olan 53 yaşlı miqrant Almaniyanın İzerlon şəhərində öz mənzilində barrikada qurub və məmurları intihar etməsi ilə hədələyib.

Miqrant deportasiya qərarına hədələməklə etiraz edib. Bundan əvvəl məhkəmə ona Almaniyada sığınacaq verməkdən imtina edib. Miqrasiya idarəsinin rəsmiləri 53 yaşlı kişinin saxlanması üçün polis əməkdaşlarından kömək istəyib, bir müddət sonra o, saxlanılıb.

Bildirilir ki, kişi saxlanıldıqdan özünə xəsarət yetirməyə nail olub və xəstəxanaya yerləşdirilib. Sağaldıqdan sonra onun deportasiyası məsələsi yenidən qaldırılacaq.

Virtualaz.org


Oxunma sayı: 716

Oxşar yazılar