Tramp bütün senatorları Ağ Evə dəvət etdi – Gündəm Türkiyədir

  • 12:40 - 16 Oktyabr

ABŞ prezidenti Donald Tramp Türkiyə məsələsini müzakirə etmək üçün Konqresdə təmsil olunan bütün senatorları Ağ Evə dəvət edib.

Avropa.info xəbər verir ki, Trampın müavini Mayk Pens və dövlət katibi Mayk Pompeonun başçılıq etdiyi amerikan heyətin Ərdoğanla görüş keçirəcəyi vaxt Türkiyəyə qarşı sanksiyalar paketinin qəbul olunması ehtimalı var.

Sanksiyalar paketi respublikaçı senator Lindsi Qrem tərəfindən müzakirəyə çıxarılacaq. 


Oxunma sayı: 3741

Oxşar yazılar