YPG/PKK-ya dəstək vermək istəyirik – Pentaqondan açıqlama

  • 12:25 - 16 Oktyabr

Adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi ABŞ-ın Suriyanın şimalından çıxmasına baxmayaraq, İŞİD-ə qarşı mübarizədə əsasını YPG/PKK-nın təşkil etdiyi SDQ-yə dəstək vermək istədiklərini açıqlayıb. Mənbə Pentaqonun SDQ ilə işləməyə davam etmək istədiyini bildirib.

“SDQ-nin Suriyada müharibə apara bilməsi üçün onlara nə cür yardım edə bilərik deyə danışıqlar aparırıq. SDQ-nin ABŞ ordusu ilə çox güclü əlaqələri var və bu əlaqələri qoruya biləcəyimizi düşünürük” – Pentaqon rəsmisi belə deyib.


Oxunma sayı: 3884

Oxşar yazılar