“İndi tam “yahşi” oldu” – Ərdoğan Bakı səfərindən danışdı

  • 12:11 - 16 Oktyabr

14-15 oktyabrda Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak etdikdən sonra Türkiyəyə qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Avropa.info xəbər verir ki, Ərdoğan zirvə görüşünün 10-cu  ildönümünün ən əhəmiyyətli hadisələrindən  biri kimi Özbəkistanın TDƏŞ-ə bərabərhüquqlu üzv olduğunu göstərib.

"Bu anda üzv ölkələrin sayı beş oldu. Onun üçün mən də "iki dövlət bir millət, ifadəsinə yenisini əlavə etdim. İndi "beş dövlət bir millət" olduq. Əgər Türkmənistanda da bu quruma qatılarsa, o zaman "altı dövlət bir millət" olacağıq. İndi tam "yahşı" oldu", - deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, KİV nümayəndələri arasında Türkiyədə yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva da olub.


Oxunma sayı: 5446

Oxşar yazılar