Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi

  • 12:09 - 16 Oktyabr

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Abbasovaya cəza istəyib. O, 3 il 6 ay müddətinə keçmiş direktorun azadlığının məhdudlaşdırılmasını istəyib.

Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.


Oxunma sayı: 7679

Oxşar yazılar