“Türk dünyası güc mərkəzinə çevrilir” – Ufuk Aydın

  • 11:45 - 16 Oktyabr

“Türk dünyası güc mərkəzinə çevrilir”. 

Bu sözləri Avropa.info-ya açıqlamasında “SinerjiPro”nun rəhbəri, iqtisadi analitik Ufuk Aydın bildirib.

O deyib ki, 300 milyonluq bir gücün mərkəzləşməsi və birliyi artıq reallığa çevrilir: 

"Bu gün Türk dünyasının potensialı onun birliyini daha da sürətləndirəcək. Zəngin təbii resurslara malik olan Türk dünyası malik olduğu potensialı düzgün istiqamətləndirməlidir. Güclü, vətənpərvər, milli kadrlar birliyin inteqrasiyasında mühüm rol oynayacaqlar. Böyük liderlərimiz bu məsələdə düzgün siyasət aparırlar. Nəticədə öz bəhrəsini verir. Siyasi-iqtisadi, mədəni və sosial əlaqələr gücləndikcə, birliyin təməlləri daha da güclü olacaq”.


Oxunma sayı: 5523

Oxşar yazılar