Türkiyənin Azərbaycandakı keçmiş səfiri şəhid ailəsini ziyarət etdi – Foto

  • 16 Okt - 2019

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, türk diplomat Hulusi Kılıç Azərbaycana gəlib. Avropa.info xəbər verir ki, Azərbaycanda səfərdə olan keçmiş səfirin ilk işi şəhid ailəsinə baş çəkmək olub. Belə ki, türk diplomat 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Fizuli Salahov ailəsini ziyarət edib. 

H. Kılıç Şabran rayonunun Gəndov kəndinə gedərək, şəhidin anası Sevda xanım və atası Süleyman bəylə ilə görüşüb. 

Şəhidin ev muzeyini ziyarət edən diplomat bir ölkəni var edən, onu yaşadan şəhidləri olduğunu bildirib. Şəhidliyin, vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayıldığını bildirib. Şəhidin ailəsinə səbr diləyən keçmiş diplomat şəhidi olmayan xalqın torpaq məhəbbətindən, yurd sevgisindən məhrum olduğunu bildirib və şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalqın hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşamağa məhkum olduğunu dilə gətirib. Hulusi Kılıç şəhidin ailə üzvləri ilə süfrə arxasında Fizuli Salahovun xatirələrindən bəhs ediblər. Daha sonra diplomat şəhidin məzarını ziyarət edib. Fizuli Salahovun ailəsinə və valideynlərinə başsağlığı verib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim edilib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin fevralın 23-də ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilib.


Oxunma sayı: 1035

Oxşar yazılar