Putin Ərdoğanı Rusiyaya dəvət etdi - Liderlər arasında telefon görüşü

  • 11:12 - 16 Oktyabr

Bu gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon görüşü olub.

Avropa.info xəbər verir ki, Türkiyə Prezident Aparatının yaydığı məlumata görə, telefon söhbətində ikitərəfli münasibətlər, regional məsələlər müzakirə olunub. Ərdoğan “Barış Pınarı” əməliyyatı terrorla mübarizə ilə yanaşı Suriyanın ərazi bütövlüyünün qorunması ilə bağlı siyasi həll prosesinə verəcəyi töhfələri çatdırıb.

Telefon görüşü ilə bağlı Kreml də məlumat yayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Suriyadakı prosesləri müzakirə edərək, Ərdoğanı Rusiyaya səfərə dəvət edib. 

Kremli yaydığı açıqlamada Ərdoğanın dəvəti qəbul etdiyi, oktyabr ayının sonunda Rusiyaya gedə biləcəyi qeyd olunub.


Oxunma sayı: 3972

Oxşar yazılar