Bu gündən banklarda “batan” pullar geri qaytarılır

  • 09:55 - 16 Oktyabr

Bu gündən etibarən müflis elan olunmuş banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər.

Avropa.info xəbər verir ki, ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”-da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər geri qaytarılacaq.

İlkin qiymətləndirməyə əsasən, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq.

Qeyd edək ki, qorunmayan əmanətlərin kompensasiyası “Kapitalbank” vasitəsi ilə veriləcək.


Oxunma sayı: 4203

Oxşar yazılar