Yasamalda ağacın budaqları qırılaraq dayanacaqda 3 nəfərin üstünə düşüb

  • 22:51 - 15 Oktyabr

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə tökülüb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları KTM-ə çatdırıb. 

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisində onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.


Oxunma sayı: 3653

Oxşar yazılar