ABŞ Mənbici Rusiya ordusuna verib şəhərdən çıxdı

  • 18:53 - 15 Oktyabr

  ABŞ ordusunun hərbçiləri Suriyanın şimal-qərbində yerləşən Mənbic şəhərini və İraq sərhədində yerləşən Dadat və Ümm-Mial yaşayış məntəqələrini tərk ediblər.


Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Məlumatda Suriya ordusunun Mənbic və ətraf yaşayış məntəqələrinə tam nəzarət etdiyi bildirilir.
“Rusiya hərbi polisi Suriya ordusu və Türkiyə Silahlı Qüvvələrinin toqquşma xəttində Mənbicin şimal-qərb sərhədləri boyunca keşik çəkməyə davam edir” – Rusiya MN-nin məlumatında qeyd olunur.
Qeyd edək ki, Mənbic son günlərədək YPG/PKK və ABŞ hərbçilərinin keşik çəkdiyi strateji əhəmiyyətli şəhərdir.


Oxunma sayı: 4852

Oxşar yazılar