Tramp bəyan etdiyi sanksiyaları imzaladı – Üç türk nazir “qara siyahı”da

  • 18:55 - 15 Oktyabr

ABŞ prezidenti Donald Tramp bəyan etdiyi Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan sərəncamı imzalayıb.


Avropa.info xəbər verir ki, sərəncamda Türkiyə prezidenti Ərdoğanı əhatə edən heç bir maddə olmamasına baxmayaraq, daxili işlər naziri Süleyman Soylu, müdafiə naziri Hulusi Akar, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz sanksiyalar siyahısına salınıb. 
ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Akar, Soylu və Dönməz “qara siyahı”ya düşüb. Onların ABŞ-dakı aktivləri dondurulub, ABŞ-ın və ABŞ-a bağlı şirkət və şəxslərin bu nazirlərlə əməliyyat aparması qadağan edilib.
Sanksiyalar siyahısına Enerji və Təbii Ehtiyatlar Nazirliyi daxil edilsə də, Türkiyənin enerji ehtiyaclarını ödəməsinə maneçilik yaranmaması üçün ABŞ-ın Xarici Aktivlərə Nəzarət Ofisinin bəzi lisenziyaları fəaliyyətə keçirə biləcəyi qeyd olunur.


Oxunma sayı: 3818

Oxşar yazılar