“Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü əsasında həll etmək üçün əlimizdən gələni edəcəyik" - Ərdoğan Bakıda açıqladı

  • 15 Okt - 2019

"Biz Dağlıq Qarabağ münaqişəsini ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll etmək üçün əlimizdən gələni edəcəyik."

Avropa.info xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə Görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan “Barış Pınarı” əməliyyatının uğurla davam etdiyini bildirib.

“Bu gün əməliyyatın 7-ci günüdür. Təhlükəsiz Zona xəritəsinə uyğun olaraq əməliyyat davam edir. “Barış Pınarı” əməliyyatı çərçivəsində 1000 kvadrat kilometr ərazini terror təşkilatından təmizlədik.
 

Qısa müddətdə bölgəni Mənbiçdən İraq sərhəddinə qədər təmizləyəcəyik və əvvəlcə 1 milyon, daha sonra 2 milyon suriyalı qaçqının evlərinə qayıtmasını təmin edəcəyik" – Ərdoğan belə deyib.


Oxunma sayı: 4665

Oxşar yazılar