Gömrük Akademiyasının tələbəsi: “Burada təhsil almaq bir addım öndə olmağa imkan verir”

  • 15 Okt - 2019

Mikayılov Məmməd Vilayət oğlu 14 avqust 2002-ci ildə Bakı şəhərində anadan olub, Xətai rayonu A.Xəlilov adına 263 saylı tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ilində II ixtisas qrupu üzrə 619.1 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” ixtisasına daxil olub. Müsahibimizlə onun özü haqda söhbətləşirik. 

- Məmməd, orta məktəb illərində ən çox marağınız olan fənn hansı idi?

- Orta məktəb illərində ən sevdiyim fənn “Coğrafiya” fənni olub. Eyni zamanda, “Tarix” fənnini də çox sevirdim. Ona görə də ikinci ixtisas qrupunu seçdim.     

- Hansısa bilik yarışında və ya olimpiadada uğurlarınız olubmu?

  • - Bəli, oxuduğum məktəbdə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş olimpiadada ikinci yeri qazanmışam. Bu, mənim üçün qürurvericidir.       

- Ali məktəb seçimində kimsə sizə istiqamət verib, yoxsa ozünüz qərar vermisiz?

  • - Özüm Gömrük Akademiyasını seçməyi üstün tutdum. Düzdür, seçimimdə mənə valideynlərim və müəlliməm də istiqamət verib. Seçimimdən çox məmnunam, çünki Akademiyada təhsil almaq mənə gələcək həyatımda və karyeramda bir addım öndə olmağa imkan verir. Eyni zamanda, gələcəkdə gömrük orqanlarında çalışmaq üçün mənə imkan yaradır.                                                  

- Gömrük Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Burada fiziki sağlamlıq da vacibdir. İdmanla məşğul olmusunuzmu?

  • - Üzgüçülüklə, bununla yanaşı, altı il şahmatla məşğul olmuşam və ikinci dərəcəyə layiq görülmüşəm.       

- Akademiyada təhsillə bağlı gözləntiləriniz doğrulurmu?

  • - Akademiyadakı təhsil məni tam qane edir. İstər müəllimlər, istərsə də əməkdaşların tələbələrə münasibəti çox yaxşıdır. Akademiya mənim gözləntilərimi doğruldur.

- Sizə uğurlar arzulayırıq.       


Oxunma sayı: 606

Oxşar yazılar