Ərdoğan Bakıda Özbəkistan prezidenti ilə görüşüb

  • 12:58 - 15 Oktyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Avropa.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci Zirvə toplantısı çərçivəsində baş tutub. Bir saat davam edən müzakirələr mətbuata qapalı olub.

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, sənaye və texnologiya naziri Mustafa Varank və ticarət naziri Ruhsar Pekcan da iştirak ediblər.


Oxunma sayı: 10088

Oxşar yazılar