Ermənistan XİN-dən “Barış Pınarı” əməliyyatı açıqlaması

  • 15 Okt - 2019

Ermənistan XİN sözçüsü Anna Naqdalyan “Barış Pınarı” əməliyyatı ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Naqdalyan hərbi əməliyyatların getdiyi bölgədə yaşayan etnik erməniləri təxliyə etməyə hazır olduqlarını bildirib:

“Etnik ermənilər əsasən Qamışlı və ətrafında yaşayır. Dəməşqdəki səfirliyimiz, Hələb baş konsulluğumuz və Suriyanın şimal-şərqindəki erməni təşkilatları ilə əlaqə saxlayırıq. Hazırda həmin ərazilərdə hərbi əməliyyatlar keçirilmir, bu üzdən təxliyə məsələsi gündəmdə deyil”.

Naqdalyan lazım gəldikdə etnik ermənilərin Suriyadan çıxarılması ilə bağlı tədbirlər görəcəyini bildirib.


Oxunma sayı: 1101

Oxşar yazılar