HDP üzvü bələdiyyə sədrlərinə qarşı polis əməliyyatı

  • 11:31 - 15 Oktyabr

Türkiyənin Hakkari vilayətinin HDP üzvü bələdiyyə sədri Cihan Karaman ilə vilayətin Yüksəkova rayonunun HDP üzvü bələdiyyə sədri İrfan Sarı polis tərəfindən bu səhər keçirilən əməliyyatla saxlanılıblar.

Avropa.info xəbər verir ki, polis bələdiyyə sədrlərinin evlərinə basqın edib, bələdiyyə binasında axtarış aparılıb.

Mardinin Nusaybin rayon həmsədrləri vəkil Səmirə Nərgiz və Fərhad Kut ilə bələdiyyə məclisi üzvü Mehmet Emin Alkan həbs olunub. 

Vanın Erçiş rayonunda da aparılan terror istintaqı çərçivəsində HDP üzvü bələdiyyə sədri Yıldız Çətin və rayon bələdiyyəsi sədri Şakir Asıl ilə 2 idarə heyəti üzvü saxlanılıb.

Erçiş Baş Prokurorluğunun yaydığı məlumata görə, bələdiyyə sədrləri “PKK/KCK silahlı terror təşkilatına üzv olmaq” cinayət işi çərçivəsində saxlanılıblar.

Saxlanılan şəxslərin evləri, iş yerlərində axtarış aparılıb, təşkilata məxsus sənəd və rəqəmsal materialları götürülüb.


Oxunma sayı: 4049

Oxşar yazılar