Bakıda avtobus minik avtomobili ilə toqquşdu – Foto

  • 11:26 - 15 Oktyabr

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, hadisə Moskva prospekti, "Şamaxinka" deyilən ərazidə qeydə alınıb.

Belə ki, şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu "Toyota" markalı minik avtomobili ilə toqquşub. Hadisədə xəsarət alan olmasa da "Toyota"ya ziyan dəyib, avtobus sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.


Oxunma sayı: 3411

Oxşar yazılar