Fransa-Türkiyə matçında qalmaqal – Türkiyə yığmasının əsgər salamı senzuralandı (Foto)

  • 10:59 - 15 Oktyabr

Avro-2020 seçmə mərhələsi çərçivəsində dünən keçirilən Fransa-Türkiyə matçda fransız rejissorlar senzura tətbiq ediblər.

Avropa.info xəbər verir ki, 76-cı dəqiqədə fransalı futbolçu Olivye Jiru komandasını önə keçirib. Türkiyə millisindən cavab qolu 82-ci dəqiqədə Kaan Ayhandan gəldi. Stadiondakı 30 min türk azarkeşi qolu böyük coşqu ilə qarşılayıb. Qolu qeyd edən Türkiyə millisinin futbolçuları üçün türk azarkeşlərin sektora doğru qaçıblar. “Barış Pınarı” əməliyyatını dəstək olaraq qolu əsgər salamı ilə qeyd ediblər.

Fransız rejissorları oyunun bu anını senzuralayıblar. Təkrarı uzun müddət göstərmək istəməyən fransızların bu hərəkəti etiraza səbəbi olub.

Fransız rejissorların Türkiyə yığmasına qarşı qərəzi bununla bitməyib. Türk azarkeşlərin olduğu yerə gedən Türkiyə futbolçularının yerinə boş tribunaları və oyunun hesabını yayımlayıblar. 

Qolları təkrarlayan fransız kanalı qol sevinci sonra verilən əsgər salamını yenə göstərməyib.


Oxunma sayı: 6480

Oxşar yazılar