"Prezidentin söylədiyi “Qarabağ Azərbaycanındır!” ifadəsi beynəlxalq aləmə ciddi mesaj idi" – Deputat

  • 15 Okt - 2019

Azərbaycan Prezidenti İlham Əliyev son dövrlərdə beynəlxalq tribunalardan Ermənistanın terroruçuluğun, separatizmin, nasiszmin dövlət siyasəti səviyyəsində yürtüməsini arqumentlə beynəlxalq ictimaiyyətə çatdırmaqla, bu ölkənin yürtdüyü siyasəti ifşa edərək, sarsıdıcı zərbə vurdu.

Bunu “Avropa.info”ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Valday”da “Qarabağ Azərbaycanındır!” ifadəsi təkcə Ermənistana deyil, eyni zamanda, beynəlxalq aləmə ciddi bir mesaj idi: “Azərbaycan Prezidenti istər Ermənistan dövlətinin, istərsə də özünü demokrta adlandıran Paşinyanı tutarlı, danılmaz faktlarıa darmadağın etdi". 

Deputat qeyd edib ki, Ermənistan hakimiyyətinin və təcavüzkarlığı, separatizmi təbliğ edən erməni millətçilərinin faşizm ideologiyasından qidalanması nəinki postsovet ölkələrinə, bütövlükdə dünya ictimaiyyətinə məlumdur.

"Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Bu reallığın bariz nümunələrindən biri işğalçı Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən İkinci Dünya müharibəsində faşizmin qulluqçusu olmuş, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulmasıdır. Faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə MDB məkanında, postsovet ölkələrinin rəhbərləri tərəfindən çıxışlar edilib. Lakin göründüyü kimi, bu gün Ermənistanda hələ də belə hallar qabarıq nəzərə çarpır. 

Xatırlatmaq lazımdır ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu bu addıma qarşı dəfələrlə ciddi etirazını bildirib, belə halın yolverilməz olduğunu bəyan ediblər. Bütün beynəlxalq kürsülərdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bu məqamları önə çəkərək Ermənistanın siyasi rəhbərliyinin faşizm ideologiyasına xidmət edən mövqeyini bir daha ifşa etdi. Dövlətimizin başçısı mühüm tarixi faktları diqqətə təqdim edib, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab vermək cəhdi isə uğursuz oldu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş nazirinin iddialarını darmadağın etdi, Nikol Paşinyanı yerində oturtdu. Dövlətimizin başçısı “özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir.

Bütün bunlar Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ilə yanaşı, Azərbaycanın qüdrətini, Ermənistanın isə cılızlığını, iç üzünü – işğalçı simasını bir daha nümayiş etdirmiş oldu”, -deyə deputat bildirib. 

Deputat onu da əlavə edib ki, Azərbaycan Prezidentinin bu çıxışları təkcə ölkə ictimaiyyətində, dünyanın tanınmış ekspertləri tərəfindən çox maraqla qarşılandı və ciddi reaksiyaya səbəb oldu:

“Azərbaycanda isə insanlarda böyük ruh yüksəkliyinə, eyni zamanda “Qarabağ Azərbaycanındır!” hərkatına çevrilməyə başlayıb. Artıq proses başlayıb və davam etməkdədir. Ali Baş Komandanın bu çıxışları ölkə əhalisində qələbə gününün çox yaxında olmasına inamını artırır. Əminik ki, yaxın gələcəkdə Ali Baş Komandanın əmri və rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edəcək və qələbə sevinicini bizlərə bəxş edəcək!”


Oxunma sayı: 1519

Oxşar yazılar